Ermənistan parlamentinin sədri Moskvaya ÇAĞIRILDI

Ermənistan parlamentinin sədri Moskvaya ÇAĞIRILDI
  • DÜNYA

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodindən rəsmi dəvət alıb.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyasının Dövlət Duması ilə Ermənistan Respublikasının Milli Məclisi arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə sizi Rusiya Federasiyasına rəsmi səfərə dəvət edirəm”, - Volodinin dəvətdə deyilir.

Oktyabrın 9-da Ermənistan parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtına yola düşəcək.
Üç günlük səfər planlaşdırılır.

Qeyd edək ki, Vyaçeslav Volodin bu yaxınlarda - sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfər etmişdi. O, Bakıda Azərbaycanın rövlər başçısı, parlamentin spikeri ilə görüşmüşdü.


Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR