Ermənistan iqtidarı prezidentliyə namizədini ELAN ETDİ

Ermənistan iqtidarı prezidentliyə namizədini ELAN ETDİ
  • DÜNYA

Böyük ehtimalla Ermənistanın yeni prezidenti Armen Sarkisyan olacaq.
 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırki dövlət başçısı Serj Sarkisyan bu gün prezident iqamətgahında onu qəbul edərək, ölkənin 4-cü prezidenti olmasını təklif edib.
Armen Sarkisyan iş adamı və Ermənistanın Böyük Britaniyadakı səfiri kimi ictimaiyyətə tanınır.
Beləliklə, Armen Sarkisyan bu il martın 2-10 aralığında keçiriləcək prezident seçkilərindən hakim Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olacaq.
A.Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. A.Sarkisyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib.
2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. O, həm də bir neçə iri şirkətin sahibi olaraq tanınır...
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR