Ermənistan əsgəri Qarabağda İNTİHAR ETDİ

Ermənistan əsgəri Qarabağda İNTİHAR ETDİ

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri Şavarş Qalstyan intihar edib.

Aktual.az  report-a istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, qoşunların təmas xəttinə yaxın ərazidə onun meyiti aşkar edilib. Şavarş Qalstyanın çənə nahiyəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.

Xəbərdə bildirilib ki, hadisə ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. 
 
Aktual.az
Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR