"Ermənistan danışıqlar prosesini yubatmaq üçün əlindən gələni edir" – Novruz Məmmədov


"Bu gün dünyada çox böyük bir gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupunun üzvlərini də narahat edir. Bu nöqteyi-nəzərdən, müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə sanki diqqət azalıb".
 
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.
 
N.Məmmədovun sözlərinə görə, buna baxmayaraq son vaxtlar həmsədrlərin regiona səfərləri baş tutdu, Azərbaycan Prezidenti ilə görüşləri oldu, həmçinin Avropa İttifaqının və ATƏT-in nümayəndələrinin Azərbaycan Prezidenti ilə görüşləri keçirildi və onlar nümayiş etdirdilər ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı proseslər gedir:
 
"Eyni zamanda, Rusiya rəhbərinin bəyanatı oldu. Yəni proseslər gedir, ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesini yubatmağa çalışır və bununüçün əlindən gələni edir”.
 
Aktual.az
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR