Ermənistan çökür - Ərzaq məhsulları bahalaşdı

Ermənistan çökür - Ərzaq məhsulları bahalaşdı
  • DÜNYA

2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb.
Bundan başqa, ölkədə ət və ət məhsulları 2017-ci ilin dekabrında 2016-cı ilin sonu ilə müqayisədə 11 faiz artım nümayiş etdirib. Süd məhsulları, yumurta və pendir bir il ərzində 7 faiz, şəkər və şəkər tozu 6 faiz bahalaşıb.
Ermənistanda ən çox bahalaşan ərzaq məhsullarından biri balıq olub. Qeyd olunur ki, 2017-ci ilin dekabrında balıq məhsulları 2016-cı ilin dekabrı ilə müqayisədə 24,8 faiz bahalaşıb.

Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR