Ermənistan bu gün baş nazirini seçəcək

Ermənistan bu gün baş nazirini seçəcək

Ermənistanda etirazçıların lideri, deputat Nikol Paşinyan mayın 8-ni istirahət günü elan edib.


Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, mayın 7-si keçirilən mitinqdə elan edib.

Paşinyan etriazçılar qarşısında çıxış edərək mayın 8-i saat 12-də parlamentdə seçimlər keçiriləcəyini və baş nazir olacağını elan edib.

"Seçimlər parlamentdə saat 12-də başlayacaq. Danışdığımız kimi hər kəsi saat 11-də Respublika meydanında gözləyirəm. Artıq "Daşnaksütyun”, "Sarukyan”, "Çıxış” və hakim "Respublika” Partiyasından olan bəzi deputatlardan mənə səsə verəcəkləri barədə rəsmi cavab almışam” – Paşinyan bəyan edib.

Bu hadisə ilə əlaqədar o mayın 8-ni qeydi –iş günü elan edib.

Həmçinin hər kəsi saat 11-də Respublika meydanında toplaşmağa çağırıb.

Əgər Ermənistanda bu gün də baş nazir seçkisi baş tutmasa. parlament buraxılacaq.

 
Aktual.az
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR