Ermənilərin olduğu təyyarə Bakıya endi

Ermənilərin olduğu təyyarə Bakıya endi

8 yanvar tarixində Çinin hava yollarına məxsus Pekin-Tiflis marşrutu üzrə hərəkət edən təyyarə Bakıda məcburi eniş edib.

Aktual.az  AzVision.az-a istinadən xəbər verir ki, təyyarənin sərnişinlərindən 5-i erməni olub. Məlumatı Bakıya eniş edən erməni sərnişinlərdən biri İda Mnatsakanyan təsdiqləyib.
Bildirib ki, təyyarə qatı dumanla əlaqədar Tiflis hava limanına eniş edə bilməyib. Erməni sərnişinlərin etirazına baxmayaraq, təyyarə Bakı hava limanına enib.

Mnatsakanyanın sözlərinə görə, Bakı aeroportunun əməkdaşı onlara yaxınlaşaraq neytral zonaya düşmələrini təklif edib. Erməni sərnişinlər 12 saat Bakıda qalmalı olublar. 

Mnatsakanyan Ermənistan XİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat katibi Tiqran Balayan erməni əsilli ABŞ vətəndaşları barədə dərhal Vaşinqtonu məlumatlandırıb. 12 saatlıq fasilədən sonra Tiflisə uçuş bərpa edilib.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR