Ermənilər Rusiyada deputatı güllələdilər

Ermənilər Rusiyada deputatı güllələdilər
  • DÜNYA

 Ermənilər Rusiyada deputatı güllələyiblər.

"Report” "Rusarminfo”ya istinadən xəbər verir ki, hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib.
Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən güllə yarası da alıb. 
İ.Şamsiyarov yerli "MediaKorSet” saytına hadisənin necə baş verdiyini açıqlayıb: "Onlar bizim traktoru xarab etmişdilər. Məsələyə aydınlıq gətirmək üçün mexaniklə birlikdə onların ofisinə getdik. Elə içəri girən kimi mənim başıma tapançanı dirədilər, mexaniki də avtomat silahın qundağı ilə vurdular. Məni əlimdən güllələdilər. Sonra bizi döyməyə başladılar. Yaxşı ki, pnevmatik tapança idi”. 
 
Aktual.az
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR