Erməni uşaqlar məktəbə Atatürkün portreti olan bel çantalarında gedəcəklər - FOTO

Erməni uşaqlar məktəbə Atatürkün portreti olan bel çantalarında gedəcəklər - FOTO
  • DÜNYA

İrəvanın "Urartu" ticarət mərkəzində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portreti və imzası olan bel çantaları satışa çıxarılıb. 

Aktual.Az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri məlumat yayıb.

Paytaxtdakı başqa bir mağazada İrəvan sakinləri Atatürkün "Ne mutlu türküm diyene", "Türk olmaq nə lütfdür" sözləri yazılmış məktəb çantaları görüblər. Ermənilərin bəzi istifadəçiləri erməni mağazalarının piştaxtalarında türk məhsullarının, xüsusən də türk rəmzlərinin olmasından hiddətləniblər. Digərləri isə təəccüblənməməyi təklif edir, çünki Türkiyə istehsalı olan əşyalar Ermənistanda uzun müddətdir ki, satılır. 

Sosial şəbəkə istifadəçilərdən biri hətta "hamı türkcə geyinir" demişdi və onun ilk futbol formasının arxa tərəfində "Ahmet Dursun" yazılmış "Beşiktaş" klubuna məxsus olduğunu qeyd etmişdi.


Xəbər 1601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR