Erməni soyadlı “ruslar”ın Azərbaycan MARAĞI: Nazir onları Bakıya niyə göndərir?

Erməni soyadlı “ruslar”ın Azərbaycan MARAĞI: Nazir  onları Bakıya niyə göndərir?

XİN əvvəl göndərir, sonra bəyanat yayır

Elçin Mirzəbəyli: "Onları Azərbaycana göndərən erməni əsilli xarici işlər naziridir”

Rusiyadan Azərbaycana "erməni soyadı”yla bağlı xəbərdarlıq edilib. Belə ki, qonşu ölkədən  Azərbaycana gələn, erməni soyadı daşıyan Rusiya vətəndaşlarına qarşı ayrıseçkiliyə son qoymaq tələb olunur. Bu barədə Rusiya XİN-i bəyanat yayıb: "Qeyd etmək məcburiyyətindəyik ki, Azərbaycana gələn Rusiya vətəndaşları həqiqətən də etnik səbəblərdən diskriminasiyaya məruz qalırlar. İki ölkə arasındakı dost münasibətlərinə uyğun olmayan bu biabırçı diskriminasiya təcrübəsinə bir daha son qoymağı tələb edirik. Əlbəttə, mövcud situasiyadan nəticə çıxaracağıq”.

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir və Dağlıq Qarabağ bölgəsini beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayır:

"Erməni soyadlı, erməni milli mənsubiyyəti olan Rusiya vətəndaşlarının Azərbaycanda nə işi var? İndiki şəraitdə onların Azərbaycana gəlməyə ən azı mənəvi haqqı yoxdur. Bu, məqsədyönlü şəkildə yürüdülən bir siyasətdir. Erməniləri Azərbaycana göndərən bu bəyanatı verən idarədir və onun başında dayanan erməni əsilli xarici işlər naziridir (söhbət xarici işlər naziri Sergey Lavrovdan gedir-red.) Bu aspektdən də burda təsadüfi heç nə görmürəm. Rusiyanın ənənələrinə uyğundur. Əvvəl bəhanəni yaradırlar, sonra bu bəhanəyə uyğun olaraq bəyanatlar verir, təzyiq üçün zəmin yaratmağa cəhd göstərirlər. Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün doğru addım atır. Burda hər hansı bir diskriminasiyadan söhbət gedə bilməz. Diskriminasiya Rusiyanın özü tərəfindən aparılır bütün postsovet məkanındakı ölkələrə və qeyri-rus millətindən olan insanlara qarşı davam edir. Rusiyanın yürütdüyü bu iyrənc siyasət son nəticədə elə onun öz başında çatlayacaq”. 

Ekspert bir məqamı da xüsusi vurğulaıyb:  "Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatını məhz Ermənistanın dinc Azərbaycan vətəndaşlarını qətlə yetirdiyi gün verməsini təsadüfi hesab etmirəm. Bu hadisə ilə birbaşa əlaqəsi olmasa da, bunu nə siyasi, nə də əxlaq prinsiplərinə uyğun gələn bir davranış kimi qiymətləndirmək lazımdır. Rusiyanın mövqeyi göz önündədir. Bütün vasitələrdən istifadə edərək Azərbaycanın öz maraqlarını müdafiə etmə üzərində qurulmuş siyasi kursuna maneə yaratmağa cəhd göstərir”.

Politoloq onu da vurğulayıb ki, ölkəyə erməni soyadlı şəxslərin buraxılıb-buraxılmamas ilə bağlı qərarı Azərbaycan özü verir:

"Ümumiyyətlə, Azərbaycan təkcə erməni soyadlı Rusiya vətəndaşlarını deyil, fəaliyyətində ölkəmizə qarşı şübhəli məqamlar olan insanları da öz ərazisinə buraxmamalıdır. Eyni prinsiplərdən dünyanın bütün ölkələri istifadə edir, o cümlədən Rusiyanın özü. Sual olunur, erməni əsilli Rusiya vətəndaşları Azərbaycana niyə gəlirlər? Getməyə yerlərimi yoxdur? Onlar ölkəyə hansı səbəblərdən gəlir? Əgər istirahətə getmək istəyirlərsə, buyurub Rusiyanın işğal etdiyi Krıma, yaxud da Ermənistana getsinlər. Aydın məsələdir ki, onlar ölkəmizə məqsədyönlü şəkildə gəlirlər. Bu addımlar təxribat xarakterlidir. Azərbaycan da təxribat xarakterli addımların qarşısını alır. Rusiya Xarici İşlər Nazirliyi bu təxribatı törədib sonradan bəyanat yayır - biz bunu başa düşə bilmirik”. //Cebhe.info
 
Aktual.az
Xəbər 2820 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR