Erməni nazir ölüm hökmünü bərpa edə bilər

Erməni nazir ölüm hökmünü bərpa edə bilər

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun müşaviri İlya Kiva ölüm hökmünün bərpasını tələb edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kiva dövlətə xəyanət etmiş şəxslərin belə bir hökmə layiq olduqlarını qeyd edib və ölkədə hərbi fəaliyyət getdiyi üçün bərpanın vacib olduğunu vurğulayıb:

"Xəyanətə görə - ölüm. Bizim ölkəmizdə başqa bir mövqe olmamalıdır. Ona görə ki, biz bu gün müharibə vəziyyətindəyik. Bu gün bizim ən yaxşı adamlarımız torpaqda yatır. Ona görə də xəyanətə görə edam olmalıdır. Bu dəqiq mövqedir”.

Qeyd edək ki, Ukraynada edam hökmü 2003-cü il iyulun 1-də ləğv edilib. Yalnız müharibə zamanı qaçılmaz hallarda ölüm hökmü tətbiq edilə bilər.
 
Aktual.az
Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR