Erməni hərbi əsir geri qaytarıldı

Erməni hərbi əsir geri qaytarıldı

Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, BQXK-dan verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlıgında baş verib.

BQXK, saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardımçı olub.

Azərbaycan tərəfinin qərarından sonra BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı olub. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən etibarən bu regionda fəaliyyət göstərir.

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR