Erməni deputatdan etiraf: “Azərbaycana uduzuruq...”

Erməni deputatdan etiraf:  “Azərbaycana uduzuruq...”

“Azərbaycanın apardığı dəqiq iqtisadi islahatlar nəticəsində ölkə dünyada baş verən bütün iqtisadi kataklizmalara davam gətirir”.

Bunu "Eməni Milli Konqresi" partiyasının lideri, deputat Levon Zurabyan deyib. O, qeyd edib ki, rəsmi Bakının silah arsenalının genişləndirməsi, iqtisadi artımı Ermənistanın regionda mövcud olmasını günü-gündən məhdudlaşdırır: 

“Azərbaycan təmas xəttində vəziyyəti o qədər gərginləşdirəcək ki, buna Ermənistanın nə iqtisadi, nə də hərbi gücü tab gətirəcək. Bu isə o deməkdir ki, biz strateji planda uduzuruq. Eyni zamanda korrupsioner iqtidarın fəaliyyəti nəticəsində biz getdikcə çıxılmaz vəziyyətə düşmüşük.

Artıq heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll etmək üçün Ermənistana təzyiqlər ediləcək”.

O, qeyd edib ki, ötən yeddi il ərzində ölkədə işsizliyin səviyyəsi 18 faiz artıb: “Əgər 2008-ci ildə ölkəni tərk edənlərin sayı 23 min nəfər idisə, hazırda bu rəqəm 50 mini ötüb. Qeyri-rəsmi rəqəmlər isə bundan artqıdır”.

Aktual.az

Xəbər 1324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR