Burun tutulmasını açmağın ən sadə yolu

Burun tutulmasını açmağın ən sadə yolu

Qış aylarının ən böyük problemlərindən biri də qrip və soyuqdəymədən yaranan burun tutulmasıdır. Burun tutulması sadə bir problem kimi görünsə də, nəfəs almağınıza təsir etdiyi üçün baş ağrısı və halsızlıq yaradır. Burun tutulmasından təbii yollarla xilas olmaq mümkündürmü?

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, dolan burun boşluqlarını və tutulmuş burnu dərmansız da açmaq mümkündür. Üstəlik, dərmandan daha təsirli üsuldur.

Bunun üçün dilinizi üst damağa yerləşdirin və itələyin. Barmağınızı iki qaşın arasına qoyub basın. Bu şəkildə 20 saniyə gözləyin. Bu zaman burun boşluqları açılacaq və burnunuz axmağa başlayacaq.


Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR