"Ərə getdiyim kişi nəslimi də saxlamalıdır, məcburdur" - Xoşqədəm


Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal məhkəməlik olub.

Aktual.az-ın axsam.az-a istinadən məlumatına görə, N.Səfərli aparıcı haqda "Ərim keçmişdə Xoşqədəmi yox, məni aldığını indi məndən qisas alır” sözlərini deyib. X.Hidayətqızı qarşı tərəfə "Səni axtarıram” verilişində cavab verib:

"Nazilə Səfərli, səni məhkəməyə verdim. Şər və böhtan atdın, dünəndən işlər başlayıb. Bunu mənə sübut edəcəksən. Ailəmə dil uzatmısan. Həyat yoldaşım idmanla məşğul olan, sözünü deyən biridir. Amma mən məhkəməni seçdim. Mənim həyat yoldaşımın harada yaşamasının nə fərqi var? Biz ailə quranda hər ikimiz öhdəliyimizi bildirdik. Nə mən, nə də yoldaşım pul üçün ailə qurmadıq. Hamı gözləyirdi ki, bu gün evləndi, sabah ayrılacaqlar.
Nazilənin ərinin necə adam, kişi olduğunu bilmirəm. Naziləyə sual verirlər ki, ailədə son qərarı kim verir? Cavab verir: "Pulu kim çox qazanırsa, o da son qərarı verir. Yoldaşım metropolitendə işləyir, ayda 400 manat maaş alır. Mənim təkcə aylıq benzinimin pulu 400 manatdı”.
Mən Xoşqədəm Hidayətqızı ailəni saxlayan, benzin pulumu verən kişiyə ərə gedirəm. Mənim saxlayacağım kişiyə ərə getmərəm, ailəm belə qoymaz bunu. Atam işləməyən, əlində sənəti olmayan kişiyə qız verməzdi. İlk həyat yoldaşım da, indiki də qazanıb.
Heç vaxt mən evə pul aparmamışam. Bəli, mən indi qazanıram, amma Doğuş bəyin bir konsertdə qazandığını mən 1 il boyunca qazana bilmirəm. Bir də mən həyatı boyu ailəsini saxlaya bilməyən evinə, uşağına baxa bilməyən kişiyə ərə gedib evimə gətirmərəm. Nə də yanımda saxlamaram. Çünki mən qadınam, o kişini əzmərəm. Niyə o kişini əzirəm ki?
Məni saxlayan, uşaqlarını, evini saxlayan, hələ mənim ailəmə də kömək edən kişiyə ərə gedərəm. Ailəmə də kömək etməlidir. Mənim atam, anam, bacım, nəslimdən birinin ehtiyacı varsa,onlara da kömək etməyə məcburdur. Çünki mənim yaxınlarımdır”.
Qeyd edək ki, Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının verilişində şairənin ailəsi haqda qalmaqallı açıqlamalar verib. O, 3 illik həyat yoldaşından boşanmasında baldızlarının və qayınanasının əli olduğunu söyləyib. Pərvanə Nazilə Səfərlidən kömək istədiyini, ama heç bir yardım görmədiyini bildirib. Aparıcı ilə şairə arasında qalmaqal bundan sonra başlayıb.



Aktual.az
Xəbər 976 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR