Ərdoğanla Putin Suriyadakı vəziyyəti müzakirə ediblər

Ərdoğanla Putin Suriyadakı vəziyyəti müzakirə ediblər
  • DÜNYA

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər.

Aktual.az "Report"a istinadən bildirir ki, iki ölkə lideri arasında müzakirələr telefon söhbəti zamanı baş tutub.
Tərəflər müxtəlif istiqamətlər üzrə Rusiya-Türkiyə münasibətlərinin hazırkı inkişaf səviyyəsindən razılıqlarını bildiriblər.
"Suriya problemi üzrə ətraflı fikir mübadiləsi zamanı Astana prosesi çərçivəsində görülən birgə iş müsbət qiymətləndirilib", - deyə məlumatda qeyd oluunub.
Prezidentlər 2017-ci ilin oktyabr ayının sonlarında Astanada Suriya ilə bağlı növbəti görüşün keçirilməsi perspektivlərini müzakirə ediblər. Dövlət başçıları həmçinin Suriyada vəziyyətin nizamlanması üzrə gələcək səylərin əlaqələndirilməsi məsələlərinə toxunublar.
 

Aktual.az

Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR