Ərdoğanın əmlakı açıqlandı

Ərdoğanın əmlakı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bank hesabında olan pulunun məbləği və sahib olduğu əmlak açıqlanıb.

"Report” xəbər verir ki, "Resmi Gazete” iyunun 24-də keçirilən növbədənkənar prezident seçkisinin yekun nəticələri ilə yanaşı seçkinin qalibi olan R.T.Ərdoğanın əmlakı barədə məlumat da dərc edib.  
R.T.Ərdoğan 2001-ci ildə Ədalət və İnkişaf Partiyasının sədri olarkən əmlakı haqqında bunları bəyan edib: Bolluca da 376 kv metr, Rizə əyalətinin Güneysu bölgəsində 2 min kv metr torpaq sahəsi, şirkət ortaqlığı 12 faiz (95 min lirə, təxminən, 20 min 285 dollar), şirkət ortaqlığı 12 faiz (25 min lirə, təxminə, 5338 dollar), şirkət ortaqlığı 12 faiz (1000 lirə, təxminən, 214 dollar), 340 min dollar, 130 min alman markası, 174 ədə Cümhuriyyət qızılı.
Türkiyə prezidentinin hazırda 6 milyon 347 min türk lirəsi nağd pulu (1 milyon 355 min 270 dollar) olduğu açıqlanıb. O, 2017-ci ildə əmlakına Üsküdarda 4 milyon türk lirəsinə (855 min dollara) aldığı yaşayış yerini də daxil edib.
Rəsmi məlumata görə, R.T.Ərdoğanın Mehmet Gür adlı iş adamına 2 milyon türk lirəsi (427 min dollar) borcu var. 
 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR