Ərdoğan: "Soçidə danışıqların əsas mövzusu Suriya böhranı olacaq"

Ərdoğan:
  • DÜNYA

Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündə danışıqların əsas mövzusu Suriya böhranının nizamlanması olacaq.

Aktual.az Trend-ə istinadən xəbər veirr ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, o cümlədən tərəflər Suriyanın İdlib və Afrin şəhərlərindəki vəziyyəti müzakirə edəcəklər:
"Suriya münaqişəsinin nizamlanması bütün tərəflərin marağındadır".

Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran dövlət başçıları danışıqlar aparacaq.
Xatırladaq ki, R.T.Ərdoğan noyabrın 13-də Soçidə RF Prezidenti ilə görüşüb.
 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR