Ərdoğan: “Heç kim ABŞ-dan soruşmur ki, burada nə gəzirsiniz?”

Ərdoğan: “Heç kim ABŞ-dan soruşmur ki, burada nə gəzirsiniz?”

 "Afrində keçirdiyimiz "Zeytun budağı" əməliyyatı nəticəsində bir mülki şəxsin belə burunu qanamayıb”.

"Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
Dövlət başçısı deyib ki, Türkiyənin İŞİD, PKK/PYD-YPG-yə qarşı mübarizəsi bir çox adamın iç üzünü aşkara çıxardı: "Necə olur ki, ABŞ dünyanın hər yerində öz milli təhlükəsziliyini müdafiə edir. Heç kim ABŞ-dan soruşmur ki, neçə ildir burada nə gəzirsiniz? 10 min km-dən çox məsafəni qət edib bura gəlirsiniz. Ancaq biz Suriya ilə 911 km uzunluğunda sərhədimizin təhlükəsizliyini təmin etməməliyik?!" 
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR