Ərdoğan: D-8-ə yeni üzvlər qəbul etməyə ehtiyac var

Ərdoğan: D-8-ə yeni üzvlər qəbul etməyə ehtiyac var

"Təşkilatımıza yeni üzvləri qəbul etməyə ehtiyac var”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə görüşündə çıxışı zamanı bildirib. 
"Bizlər, D-8 üzvləri 3 qitəyə hakim vəziyyətdəyik. Zəngin təbii ehtiyatlarımız, gənc, dinamik bir əhalimiz var. Adambaşına düşən milli gəlir də orta hesabla yüksəkdir. Təbii ki, bu da yetərli deyil. D-8-in daxili ticarət dövriyyəsinin həcminin 500 milyard dolları aşacağına inanıram. Müdafiə sənayesi başda olmaqla, bir çox sahələrdə ortaq layihələrimiz ola bilər. Bir çox sahələrdə əməkdaşlıq üçün potensialımız var. Təşkilatımıza yeni üzvlər qazandırmağımıza ehtiyac var. Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar. Mübadilə mərkəzi yaratmaq üçün mərkəzi banklarımızı bir araya gətirməliyik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.
Xatırladaq ki, D-8-ə Türkiyə, İran, İndoneziya, Malayziya, Pakistan, Banqladeş, Misir və Nigeriya daxildir.
 
Aktual.az
Xəbər 221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR