Ərdoğan: "Afrini terrorçulardan azad edəcəyik"

Ərdoğan:
  • DÜNYA

"Yaxın zamanlarda Afrini terrorçulardan azad edəcəyik”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, yaxın günlərdə Afrin şəhərindəki terrorçuların mühasirəyə alınmasına başlanılacaq: "Zeytun budağı” əməliyatı nəticəsində 1715 terrorçunu zərərsizləşdirmişik. 32 şəhidmiz var. Əməliyyat ilk baxışnda yavaş irəliləyən kimi görünür. Ancaq biz ora qarşımıza çıxanı yıxıb, dağıtmaq üçün getməmişik. Addım atdığımız hər yerin təhlükəsiz bir vəziyyətə gətirilməsi çox əhəmiyətlidir. Bəlli, hazırlıqların görülməsi vaxt aparır. Qarşıdan gələn günlərdə Afrin şəhər mərkəzini mühasirəyə alacağıq. Bununla da bölgəyə xaricdən gələn yardımların qarşısını alacağıq. Türkiyənin və türk millətinin qırmızı xəttini yoxa sayanlara, lazım gələrsə alınlarının ortasında bu xəttləri göstərmək bizim borcumuzdur. Bəziləri Osmanlı şapalağının nə olduğunu soruşurlar. Onlar gedib tarixi oxusunlar. Əgər vaxtilə müharibədə iştirak edən babaları, ya da ataları varsa, onlardan soruşsunlar. Buna daha çox maraq göstərənlər isə Afrinə gəlsinlər. Bu şapalağın günahı olandan başqasına vurulmadığını soruşub öyrənə bilərlər.”
 
Aktual.az
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR