Ərdoğan: "ABŞ-ın ədalətinə nə inanır, nə də hörmət edirəm"

Ərdoğan:
  • DÜNYA

"Dövləti ədalət, təhlükəsizlik, sağlıq və təhsil prinsipləri ilə idarə etməyi əsas götürdük”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında bildirib.
"Peyğəmbər həzrətləri buyurmuşdu: "Allah ədalətli olanları sevər”. Dövləti idarə edənlərin birinci vəzifəsi ədalət qoruyub saxlamaqdır. Bizim mədəniyyətimiz ədalət üzərində qurulub. 2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhərisi dünyanın ədalətini gördük. Türkiyədən qaçıb gedən o məlum terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə bundan imtina edirlər. Amma 15 il ərzində onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər və biz onları təhvil vermişdik. Bütün dosyeləri göndərmişik. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Mən onların ədalətinə qəti olaraq nə inanır, nə də hörmət edirəm”, - o vurğulayıb. 
Ərdoğan ABŞ məhkəməsinin Türkiyə vətəndaşı olan iş adamı Rza Zərrabla bağlı qəbul etdiyi qərara da toxunub: "Bu qərarın hüquqla əlaqəsi varmı? Onlar məhkəmədə siyasi bir qərarı açıq şəkildə qəbul edə bilirlər. Ölkəmdə dövlət çevrilişinə cəhd edənləri himayə edirsən, ancaq bizə təhvil vermirsən. Bunlarda ədalət-filan yoxdur. Ədalət Türkiyədədir”. 
 
Aktual.az
Xəbər 126 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR