Ər arvadını küçədə bıçaqladı - Gəncədə

Ər arvadını küçədə bıçaqladı - Gəncədə

Gəncədə ər arvadını bıçaqlayaraq, öldürməyə cəhd edib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib. 
Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq, hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır.
Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan E.Süleymanov saxlanılaraq, istintaqa cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 129-cu (öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR