Ən bahalı futbol klublarının siyahısı açıqlandı

Ən bahalı futbol klublarının siyahısı açıqlandı

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.
 
 APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində İngiltərənin "Mançester Yunayted" klubu qərarlaşıb.
 
Britaniya klubunun dəyəri 3,689 milyard dollardır, klubun 2015/16-cı il mövsümündə mənfəəti $765 mln. dollar təşkil edib. İkinci yerdə "Barselona” ($3,635 mlrd), üçüncü isə Madridin "Real” klubudur ($3,58 mlrd.). Dördüncü və beşinci yerlərdə "Bavariya” və "Mançester Siti” qərarlaşıb.
 
Qeyd edək ki, ilk iyirmilikdə  2015/16-ci ilin çempionu "Lester” daxil olmaqla,  8 İngiltərə klubunun adı var.
 
Aktual.az
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR