Əmircanda baş vermiş qanlı dava ilə əlaqədar hökm dəyişdirilib - (EKSKLÜZİV FOTO)

Əmircanda baş vermiş qanlı dava ilə əlaqədar hökm dəyişdirilib - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində İbrahim Dadaşovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürmə), 29,120.2.7 (iki və ya dah çox şəxsi qəsdən öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq bir qrup şəxs tərəfindən törədildikdə), Samir Səfərovun və Asəf İbrahimovun CM-nin 221.2.1-ci (xulqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə)  maddələri ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, cinayət işinin başlanmasına - İbrahim Dadaşovun 2015-ci il avqustun 29-u saat 23 radələrində yaşadığı binanın qarşısında aralarında yaranmış münaqişə zəminində 1985-ci il təv. Elşən İsrafilovu bıçaqla vuraraq qəsdən öldürməsi və onun qardaşı, 1987-ci il təv. Elçin İsrafilovu yaralaması  barədə Suraxanı r\n 31-ci PB-dən daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış material  əsas olub. Ayın 30-da İbrahim Dadaşov şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizasının nəticəsinə əsasən, Elşən İsrafilovun ölümünə sol ağ ciyərin və ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə səbəb olub. 

İstintaqla müəyyən edilib ki, 2015-ci il avqustun 29-u saat 22 radələrində İbrahim Dadaşov tanışları Samir Səfərov və Asəf İbrahimovla yaşadığı Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsindəki 1 saylı binanın həyətində istirahət edən sakinlərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq olunması hədəsi müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri ediblər. Belə ki, ailə üzvləri ilə istirahət edən Elçin İsrafilovun orda volebol oynayan digər şəxslərə, həyətdə azyaşlı uşaqların olmasını, topun uşaqlara dəyib xəsarətləndirə biləcəyinə dair irad bildirərək başqa yerdə oynamalarını deməsini bəhanə edərək, İbrahim Dadaşov dostları ilə ona təpik ataraq, ünvanına nəlayiq ifadələr işlədiblər. Xuliqanlıq hərəkətlərinə məruz qalan Elçin İsrafilovun hadisə yerinə gələn qardaşı Elşəni İbrahim üzərində gəzdirdiyi bıçaqla 2 dəfə qəsdən vuraraq, onu qətlə yetirib. Elşənin yerə yıxıldığını görən Elçin qardaşına yaxınlaşıb kömək eləməyə çalışarkən, Dadaşov bıçaqla onun sinəsindən zərbə endirib. Elçin İsrafilov ondan kənara qaçdığından, habelə vaxtında xəstəxanaya çatdırıldığından həyatı xilas olunub.

İbrahim Dadaşov ittihamla özünü qismən təqsirli bilərək bildirib ki, Elçinə yaxınlaşıb "nə üçün uşaqlara oynamağa imkan vermədiyini” soruşduqda, sonuncu "topun qadınlara dəydiyini” bildirib. Elə bunu deyən kimi İsrafilov onu əli ilə itələyib. Bir-birlərinə əl-qol atıblar, Ibrahim də həmin vaxt onu vurub. Yanında olan dostları Samir və Emil onları aralamağa başlayıb. Elçin onların onu təklədiyini zənn edib, geriyə çəkilib və 5 dəqiqədən sonra qardaşının gələcəyini bildirb. O, kənara çəkilib kiminləsə telefonla danışıb və bir müddətdən sonra onun Elşən adlı qardaşı gəlib. Binanın qarşısında olan Elçinin ailə üzvləri onu evə aparmaq istəsələrdə o, getməkdən imtina edib. Elşən cibindən bıçaq çıxardıb üstünə gəldikdə, İbrahim onu təpiklə vurub. Amma İsrafilov geriyə addım atdığı üçün ayağı səkiyə dəyib və İbrahim arxası üstə yerə yıxılıb. Bıçaq yerə düşən kimi Dadaşov tez onu yerdən götürüb, qardaşlar üzərinə gələndə, hər ikisini kəsici alətlə vurub. Onlardan qan gəldiyini görüb, dostları və qardaşı Emin onu tələsik ordan uzaqlaşdırıblar. Buna görə də sonradan baş verənlərdən xəbəri olmayib. Bir qədər qonşu həyətdə oturduqdan sonra, özünə məxsus mobil telefonla dayısına zəng vuraraq, onu polisə aparmasını xahiş edib. 

Samir Səfərov və Asəf İbrahimov xuliqanlıq əməllərində özlərini təqsirli bilməyiblər. 

Zərərçəkmiş şəxs qismində dindirilmiş Elçin İsrafilov bildirib ki, qardaşı Dadaşovla sözləşərkən, o bir qədər kənarda Samirlə dalaşmağa başlayıb. Hadisə şahidləri onları aralayıblar. Samirdən aralanıb ayağa durarkən İbrahimin Elşəni bıçaqla vurduğunu görüb. Elçin onun yaxasından tutmaq istədikdə, İbrahim bıçağla aşağıdan yuxarıya doğru qoluna zərbə endirib. Kəsici alət sol qolundan girərək yuxarı hissəsindən çıxıb. Adamlardan kimsə İbrahimi əli ilə itələyərək tez oradan getməsini tələb edib və o, da  hadisə yerindən qaçıb. Qardaşını üzü üstdə yerə uzanmış vəziyyətdə görüb, üzünü çevirib və qoltuğunun altından qan gəldiyini görüb. Sonra hər ikisini 3 saylı xəstəxanaya aparıblar. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Dadaşov 19 il azadlıqdan məhrumetmə, Samir Səfərov və Asəf İbrahimov 2 il müddətinə islah işləri cəzalarına məhkum olunublar. 

Hökmdən məhkumların müdafiəçiləri apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilməsi barədə qərar qəbul edib. Təyin edilən cəzalar barədə məlumat verilməyib.
 












Xəbər 1569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR