Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov azadlığa buraxılıb.
Aktual.az xəbər verir ki, bu haqda məlumatı aktyorun həyat yoldaşı Milli.Az-a təsdiqləyib.
Xatırladaq ki, əməkdar artistin oğlu 2016-cı ildə həbs olunub. Məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.
Aktyorun oğlu bundan əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Aktual.az
Xəbər 208 dəfə oxunub.