Əməkdar artist Aybəniz Haşımova 28 May Günü ilə bağlı Kiprdə konsert verəcək

Əməkdar artist Aybəniz Haşımova 28 May Günü ilə bağlı Kiprdə konsert verəcək

May ayının 28-də Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycanın Respublika Günü ilə bağlı geniş bayram tədbiri keçiriləcək. Azərbaycan-Kipr Gənclər Təşkilatının və İslahatçı Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq mərasimdə 28 May Günü ilə bağlı çıxışlar dinləniləcək və Azərbaycanın Cümhuriyyət tarixi barədə danışılacaq.

Azərbaycan-Kipr Gənclər Təşkilatının rəhbəri Toğrul Abbasovun Diaspora.az saytına verdiyi məlumata görə, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətində təhsil alan azərbaycanlı tələbələr, ŞKTC rəsmiləri və millət vəkilləri, habelə Azərbaycandan gəlmiş qonaqlar iştirak edəcəklər.

28 May Günü münasibətilə keçirilən tədbirdə iştirak etməkçün özəl olaraq, Bakıdan təşrif buyuran Azərbaycan Respublikasının Əməkdar Artisti, Sənət Akademiyasının rəhbəri, tanınmış sənətçi Aybəniz Haşımova geniş konsert proqramı ilə çıxış edəcək və Azərbaycanı tərənnüm edən vətənpərvər mahnıları ilə çıxış edəcək. Konsertdə 'Bülbüllər' qrupunun sevilən üzvü Tərlan Eyvazovun da çıxış edəcəyi gözlənilir.

Xəbər 811 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR