“Çelsi”yə transfer qadağası qoyula bilər

“Çelsi”yə transfer qadağası qoyula bilər
  • İDMAN

FIFA "Çelsi” klubunda gənc oyunçuların qeydiyyatının qanuniliyinə dair araşdırma aparır.

Azərtac xəbər verir ki, əvvəlcə FIFA-nı "Çelsi”nin hücumçusu Bertran Traorenin keçidi maraqlandırıb. Burkina Fasodan olan hücumçu londonlularla 18 yaşında peşəkar müqavilə bağlayıb. Lakin qeyri-rəsmi matçlarda 16 yaşından iştirak edib. Bu, FIFA-nın qaydalarına ziddir.
Klublara başqa ölkələrdən 18 yaşınadək oyunçuları qeydiyyata götürmək qadağan edilib. Oyunçunun valideynləri ölkəyə futbol deyil, digər səbəbdən köçüb gəliblərsə, yaxud oyunçu və klub ölkə sərhədinin 50 kilometr məsafəsində yerləşərsə, o zaman istisnalar mümkündür. Həmçinin, Aİ və Avropa iqtisadi zonası çərçivəsində 16 yaşından 18 yaşınadək oyunçuların qeydiyyatına icazə verilir.
Gənc oyunçuların transferində "Çelsi”nin qayda pozuntularının ümumi sayı 25-i keçib. Bununla belə, London klubu FIFA-nın qaydalarını pozmaqla həyata keçirilən transferləri inkar edir. Əgər yekunda "Çelsi” köçürülmələrdə təqsirkar sayılarsa, o zaman klubun üzərinə yeni oyunçuların qeydiyyatına qadağa qoyulacaq.
FIFA daha əvvəl "Real”, "Barselona” və "Atletiko” komandalarını futbolçuların keçidində yol verilən qayda pozuntularına görə transfer qadağası ilə cəzalandırmışdı.


Aktual.az
Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR