Elmin aça bilmədiyi 10 lənətlənmiş obyekt - Video

Elmin aça bilmədiyi 10 lənətlənmiş obyekt - Video

Çoxumuz lənətə inanmırıq

 


 Bununla belə, tarixi məkanlardan, dünyaca məşhur olan ləl-cəvahirat nümunələrinə qədər əşya və obyektlərlə bağlı baş verən sirli olaylardan sonra onları "lənətlənmiş” sözündən başqa necəsə qiymətləndirmək haradasa mümkünsüzdür.

Aktual.az axar.az-a istinadən bu tip obyekt və əşyalardan bir neçəsi ilə ilgili baş vermiş qorxulu olayları təqdim edir:

Tutanxamonun məzarı

Yəqin ki, hər kəsin Tutanxamonun lənətlənməsi haqda məlumatı var.

1923-cü ildə arxeoloqlar içi növbənöv xəzinə ilə dolu olan, əl dəyməmiş bir firon məzarı tapdılar. Üstəlik də sonradan ortaya çıxacaq lənətlə birlikdə. Arxeoloqların sirli şəkildə dəhşətli xəstəliklərə tutulması, bir-birinin ardınca ölmələri hər kəsi heyrətə gətirdi.

Porşe lənəti

1955-ci ildə aktyor Ceyms Dean "Porşe 550 Spider”iylə yol gedərkən böyük qəzaya düşərək həyatdan getdi.

Tikə-tikə olmuş maşının parçaları satışa çıxarıldı və bu işdə maraqlı olanlar müxtəlif hissələri satın aldı. İlk olaraq təmirçi ustanın yarımcan olmasından sonra baş verən qorxulu hadisələr "Porşe”nin lənətli olduğunu deməkdən başqa yol qoymadı.

Basano vazı

XV əsrə aid Basano vazı italyan bir gəlinə hədiyə edilmək üçün düzəldilmişdi. Hədiyəni aldığının ertəsi günü qadının meyiti əlində vaz tutmuş halda tapıldı.

Bu hadisədən sonra vazı alan şəxslər də nəsilləri boyunca cürbəcür sirli ölümlərlə qarşılaşmalı oldu.

1988-ci ildə auksionda vazı alan bir nəfər isə cəmi 3 ay sonra dünyasını dəyişdi.

Buz adam

1991-ci ildə arxeoloqlar Alp dağlarında araşdırma apararkən bir buz kütləsinin içində qorunub saxlanmış mumiya tapdılar.

Mumiyaya "buz adam” adı verib, araşdırmalara başladılar.

Ancaq belə gördünrdü ki, bu tapıntı da eynən Tutanxamonun mumiyası kimi öz lənəti ilə birlikdə gəlib.

Buz adamla yaxından ilgisi olan 7 nəfər həyatını itirdi, ölümlərdən dördünün səbəbi faciəvi qəzalar idi.

Daha ətraflı təqdim etdiyimiz videoda:



Aktual.az
Xəbər 728 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR