Elmi işçilərə fərdi təqaüdlər verildi - SİYAHI

Elmi işçilərə fərdi təqaüdlər verildi   - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Hüseynov Emil Kamiloviç

Hüseynov Rauf Vəli oğlu

Qasımov Rafiq Yunisəli oğlu

Mahmudov Hikmət İsmayıl oğlu

Rüstəmov Musa İsmayıl oğlu

Rzayev Bayram Zülfüqar oğlu

Salahov Mustafa Səttər oğlu

Vəlixanova Fəridə Ağa Əli qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Xəbər 1322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR