Elmə qrant ayrılması ilə bağlı qaydalar təsdiqləndi

Elmə qrant ayrılması ilə bağlı qaydalar təsdiqləndi

Nazirlər Kabineti "Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası"nı təsdiq edib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, elmi fəaliyyətin qrant maliyyələşdirilməsi elmi tədqiqatların stimullaşdırılması və səmərəliliyinin artırılması, elmi-texniki poten-sialın səviyyəsinin yüksəldilməsi, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.
Müsabiqələrdə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, elmi fəaliyyətlə məşğul olan digər hüquqi şəxslər (sahə elmi tədqiqat institutları, QHT-lər (ictimai birliklər və fondlar) statusundan, tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq və Azərbaycanın vətəndaşı olan fiziki şəxslər (fərdi şəkildə alim, tədqiqatçı və mütəxəssislər və ya onların layihədə qoyulmuş problemin həlli üçün formalaşdırdığı müvəqqəti yaradıcı kollektivləri) yaşlarından, tutduqları vəzifədən, elmi adından və elmi dərəcəsindən asılı olmayaraq, bərabər hüquqlarla işti­rak edirlər.
Müsabiqəyə təqdim olunan bütün layihələr ekspertizadan keçirilir. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin elmi səviyyəsinin və onların yerinə yetirilməsi imkanlarının qiymət­lən­diril­mə­sindən və maliy­yə­ləşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsidir.

Zəruri hallarda layihələr təkrar ekspertizaya göndərilir.
Layihənin icra müddətindən asılı olaraq, maliyyələşdirilmə birdəfəlik və ya mərhələlər üzrə həyata keçirilir.
 

Aktual.az 

Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR