Elmar Məmmədyarov Maltaya gedir

Elmar Məmmədyarov Maltaya gedir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Maltaya səfər edəcək.
 
APA-nın "Maltatoday” agentliyinə istinadən verdiyi məlumata görə, 3 günlük səfər çərçivəsində onu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və digər iki diplomat müşayiət edəcək.
 
Səfər çərçivəsində E. Məmmədyarov Maltanın baş naziri Cozef Muskat, xarici işlər naziri Corc Vella, Nümayəndələr Palatasının spikeri Anglu Farrugia və Malta prezidenti Mari Luis Koleiro Preka ilə görüşlər keçirəcək. 
 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR