Elmar Məmmədyarov: "Əməkdaşlıq olmadan terrorizmə qalib gəlmək mümkün deyil"

Elmar Məmmədyarov:

Əməkdaşlıq olmadan terrorizmə qalib gəlmək mümkün deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu gün Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.
Nazir bildirib: "Mənim ölkəm dəhşətli terrordan əziyyət çəkib. Əməkdaşlıq etmədən biz terrorizmə qalib gələ bilməyəcəyik".
Nazir qeyd edib ki, terrorizmə qarşı müharibə müxtəlif dinlərlə və mədəniyyətlərlə mübarizəyə çevrilməməlidir: "Bizi dünyada artan dini dözümsüzlük narahat edir. Azərbaycanda biz multikulturalizm və tolerantlıq məsələlərinə böyük əhəmiyyət veririk. Ötən il Azərbaycanda multikulturalizm ili, bu il İslam həmrəyliyi ili elan olunub. Multikulturalizm və tolerantlıq bizim qədim ənənələrimizdir. Bu dəyərlər bizi birləşdirir və cəmiyyətimizi daha da gücləndirir”.
Qeyd edək ki, Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.
Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.
 
Aktual.az
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR