Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşdü

Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşdü

Belarusda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Aktual.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

Qeyd edək ki, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Aktual.az
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR