Elman Rüstəmov: "Azərbaycanda iqtisadi aktivlik yüksəlir"

Elman Rüstəmov:

"Cari ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşması davam edib. Tədiyyə balansının profisitinin ÜDM-də payı 15,4% səviyyəsində olub".

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"Bu ilin ilk 5 ayında ticarət balansının müsbət saldosu illik müqayisədə 2,1 dəfə artıb. Xidmətlər balansının kəsiri illik müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri baansında müsbət saldo qorunub. Bunlar da xarici valyuta daxilolmalrının artmasına müsbət təsir göstərib. Strateji valyta ehtiyatları artmağa davam edir. Tədiyyə balansının bu ilin sonuna əlverişli səviyyədə qalacağı gözlənilir", - deyə o, qeyd edib. 
Onun sözlərinə görə, real sektorun monitorinqi də iqtisadi aktivliyin yüksəldiyini göstərir: "2018-ci ilin sonuna iqtiasadi aktivlik davam edəcək". 
 
Aktual.az
Xəbər 147 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR