“Əli Kərimli həqiqətən də dost, silahdaş tanımır” - Elşən Musayev

“Əli Kərimli həqiqətən də dost, silahdaş tanımır”  - Elşən Musayev

Sahib Kərimlinin sədrlik iddiası ətrafında cərəyan edən proseslər əsl sirk təqdimatıdır, rəzalətdir, biabırçılıqdır.

Gün.Az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev AXCP – nin növbəti qurultayında sədr seçkisinə qatılmaq istəyən Sahib Kərimlinin  təşkilat üzvləri tərəfindən mənəvi terrora məruz qalmasını şərh edərkən bildirib.

“Əli Kərimli utanıb yerə girsin. Adam həqiqətən dost, silahdaş, məsləkdaş tanımır. Öz marağı bir azca təhlükə altına düşən kimi illərlə çörək kəsdiyi insanları anındaca, dərhal, gecikmədən təqib elətdirir, incidir, söydürür”, - E.Musayev deyib.  

Bununla belə o qeyd edib ki, amma zombi dəstəsinin qarşısında populist, boğazdan yuxarı çıxışlar edərkən Əli Kərimlinin ağzına çullu dovşan sığmır.

“Buna mediadan da olsa hamımız şahidlik etmişik. Hətta kənardan baxan və AXCP sədrini tanımayan kəs bir anlıq elə zənn edər ki, adam həqiqətən dediyi sözün yiyəsidir, ədalət carçısıdır.

Oysa buyursun. Demokratiya bu qədər gözəl şeydirsə həmin demokratiyanı ilk öncə öz təşkilatı daxilində bərqərar etsin, insanlara azad söz, seçim haqqı tanısın, despot təfəkkürdən çıxsın, diktator xislətinə azacıq da olsa əl gəzdirsin.

Edərmi bunu? Etməz təbii. Ən azından sahib olduğu xarakter, xislət belə bir icraata imkan verməz. Çünki Kərimlinin iş formulası, mahiyyəti budur: alıb-satmaq! 

Bax ona görə Sahib bəy bu gün manqurtların həlqəsindədir, ona görə bir sədrlik iddiası (sadəcə iddiası!) fantastik çaxnaşmaya səbəb olub, ona görə Əli Kərimlinin panikası, qorxusu günü gündən irəliləyir, artır, böyüyür”. 

Politoloq hesab edir ki, Sahib Kərimlinin şansı həqiqətən çox deyil.

“Sədrlik seçkisinə getsə zatən böyük ehtimalla uduzacaq. Fəqət, ona görə uduzmayacaq ki, Əli Kərimli daha güclüdür. Xeyr!

Ona görə uduzacaq ki, o heç bir zaman siyasi mübarizəni AXCP sədri kimi mənəviyyatsızca apara bilməz, saxta “facebook” profillərindən arvad adı ilə şərhlər, iftiralar yaza bilməz, əhilləşməmiş “axcpşnik”ləri dəstə şəklində öz rəqibinin üzərinə buraxa bilməz.

Əlqərəz, Sahib Kərimli indi baxsın və görsün: Bu zamana qədər hansı riyakara qulluq edib” –deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 7681 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR