Ələt-Astara yolunda ağır yol qəzası - 3 ölü, 3 yaralı

Ələt-Astara yolunda ağır yol qəzası - 3 ölü, 3 yaralı

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

Aktual.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində "Mercedes” markalı mikroavtobusun "KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.
 

Aktual.az

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR