Ekspert: Qeyri-neft iqtisadiyyatı ilə də regionda liderik

Ekspert: Qeyri-neft iqtisadiyyatı ilə də regionda liderik

Neftsiz iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 5, Gürcüstan iqtisadiyyatından 3 dəfə böyükdür.

Aktual.az xəbər verir ki, bunu axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bir sıra yerli və xarici ekspertlər qərəzli fikirlər səsləndirir.

V.Bayramovun fikrincə, ölkəmiz qeyri-neft iqtisadiyyatı ilə də regionda lider dövlətdir:

“Neftsiz iqtisadiyyatımızın kifayət qədər potensiala malik olduğunu rəqəmlər də təsdiqləyir. Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51.2 milyard dollardır.

Dünya Bankının məlumatına görə, 2014-cü ildə Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 75.2, Gürcüstanda 16.5, Ermənistanda isə 10.8 milyard dollar olub. Ölkəmizdə qeyri-neft sektorunun ÜDM-də payının 68 faiz olduğunu nəzərə alsaq o zaman Azərbaycanın neftdən kənar iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 3.1 dəfə, Ermənistan iqtisadiyyatından 5 dəfə çoxdur. Deməli, Ermənistan iqtisadiyyatından 5 dəfə çox olan neftsiz iqtisadiyyatımız eyni zamanda, qonşu ölkələrdən fərqli olaraq daha çox inkişaf etmiş infrastrukturun formalaşdırılmasına şərait yaradıb”.

İqtisadçı alim deyib ki, infrastrukturun inkişaf etməsi Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın MDB-də ən rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilməsinə səbəb olub:

“Ölkə prezidentinin neftdən kənar iqtisadiyyatın formalaşması ilə bağlı bəyanatı isə sadəcə, neftdən asılılığı aradan qaldırmayacaq.  Eyni zamanda ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olacaq.

İqtisadiyyatın mövcud vəziyyəti strelizasiya islahatların mərhələli və səmərəli şəkildə aparılmasına imkan yaradacaq. Deməli, iqtisadi diversifikasiya ilə bağlı hədəflər artıq reallaşmaqdadır”.

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR