Ekspert: “Prezidentin fikirləri tarixi baxımdan çox əhəmiyyətlidir”

Ekspert: “Prezidentin fikirləri tarixi baxımdan çox əhəmiyyətlidir”

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində "milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi” fikri tarixi baxımdan çox əhəmiyyətlidir”.
 
Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, çox təəssüflər olsun ki hər dəfə olduğu kimi bu seçkiöncəsi də xaricdə olan bəzi qüvvələr hərəkətə keçdilər: "Ancaq bu dəfə onlar biraz da irəli gedərək söyüş maşınına çevrildilər. Xalqımızın mental dəyərlərinə tüpürməklərinə görə onu demək olar ki, məqsədləri sadəcə ölkədəki sabitliyi pozmaq, erməni ağalarının sifarişlərini yerinə yetirməkdən ibarət olub. Məhz buna görə onlar xalq arasında nəinki hörmət qazana bilmədilər, əksinə nifrət sahibi oldular. Onlara görə xalq başa düşdü ki, burada iqtidar-müxalifət savaşı yox, məhz erməni-müsəlman davası gedir. Bəli, əsrlərdir türklərə nifrət bəsləyən ermənilər öz qrant maşınlarının hesabına sapı özümüzdən olan bəzi həmyerlilərimizi ələ alaraq mundar məqsədlərində istifadə etdilər. Məhz buna görə hətta İlham Əliyevə səs vermək istəməyənlər belə seçimlərini onun üzərində saxladılar. Əslində xalq təhlükəni gördü, hiss etdi və bu ünsürlərə öz layiqli yerini layiqli namizədə səs verməklə göstərdi. Prezident İlham Əliyev çox haqlı olaraq onların yerinin tarixi zibilxana olduğunu vurğuladı.
Burada qazanılan uğurlarda digər məqam isə Prezidentin ətrafında olan bəzi şəxslərin peşəkar davranışının nəticəsində əldə olundu. Məhz Prezidentin köməkçisi Əli Həsənov və onun komandasının siyasi çevikliyi bu proseslərdə xalqın gözünü açdı, həqiqətləri ordaya qoydu”.
 
Aktual.az
Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR