Əhali ərzağa, içkiyə və siqaretə 9,6 mlrd. manat xərcləyib

Əhali ərzağa, içkiyə və siqaretə 9,6 mlrd. manat xərcləyib

2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8% üstələyərək 19 mlrd. manata bərabər olub.
Aktual.az
 Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 9,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2% və 2,4% üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,9%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,0%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 11,7%-i ticarət müəssisələri, 53,5%-i fərdi sahibkarlar tərəfindən, 34,8%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,3%, fərdi sahibkarlar üzrə 2,2%, bazar və yarmarkalar üzrə 0,3% artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  279,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,6 manatlıq qeyri-ərzaq məhsulları  alıb. 
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR