Əfv siyahısında 634 şəxsin adı var

Əfv siyahısında 634 şəxsin adı var

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncam 634 nəfərə şamil edilib. 


Aktual.az  xəbər verir ki, sərəncamla 607 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

Bundan başqa, bir nəfər cəzasının çəkilməsi təxirə salınmış şəxs cəzadan azad olunub. 

Eyni zamanda 9 nəfər azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş şəxs cəzadan azad edilib. 

Həmçinin islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunublar. 

 
Aktual.az
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR