Əfqanıstan prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub

Əfqanıstan prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub

Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri dekabrın 1-nə planlaşdırılır.

Aktual.az-ın məlumatına əsasən, bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.
Əfqanıstan prezidentinin "Asiyanın qəlbi - İstanbul prosesi" çərçivəsində 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək VII Nazirlər Şurasında iştirak etmək üçün Azərbaycana gələcəyi planlaşdırılır.
Qeyd edək ki, hazırda Azərbaycan bu prosesə sədrlik edir. Qarşıdakı görüşün mövzusu "Asiyanın qəlbi" prosesi regionun gücləndirilməsi istiqamətində təhlükəsizlik və iqtisadi əlaqələrdir.
 
Aktual.az
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR