Əfqanıstan: “ABŞ-ın “superbomba”sı azı 92 İŞİD yaraqlısını məhv edib”

Əfqanıstan: “ABŞ-ın “superbomba”sı azı 92 İŞİD yaraqlısını məhv edib”

ABŞ Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Nanqarxar vilayətində İŞİD terror qruplaşmasının tunel sisteminə "superbomba” ilə endirdiyi zərbə nəticəsində öldürülən yaraqlıların sayı 90 nəfəri keçib

Azərtac xəbər verir ki, France Press agentliyinin Əfqanıstan Müdafiə Nazirliyinə istinadla yaydığı məlumata görə, dinc əhali arasında tələfat qeydə alınmayıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar "bütün bombaların anası” adlandırılan "GBU-43B” bombasından ilk dəfə olaraq döyüş şəraitində istifadə edib. Ağırlığı 9,5 ton olan bu bomba ABŞ hərbi qüvvələrinin arsenalındakı ən böyük qeyri-nüvə bombasıdır. Ordunun sərəncamında cəmi 15 ədəd belə bomba var. "GBU-43B” 2003-cü ildə sınaqdan keçirilib və o vaxtdan bəri bir dəfə də istifadə olunmayıb.

Vaşinqton bəyan edib ki, İŞİD-in tunel sisteminə vurulan zərbə Ağ ev administrasiyasının terror təşkilatını darmadağın edəcəyinə dair vədinə sadiqliyini göstərir. Prezident Donald Tramp həyata keçirilən əməliyyatı "çox uğurlu missiya” adlandırıb.

Aktual.az
Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR