Əflatun Amaşov: "Nəyə görə cinayətkarları qəhrəmanlaşdırırıq?”

Əflatun Amaşov:

"Biz "Google”da "Dağlıq Qarabağ”, "Bakı – Tbilisi – Qars (BTQ) dəmiryolu”, "FədayəLaçın” və "Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın”, ikinci yerdə "Dağlıq Qarabağ”, üçüncü yerdə "Qoca”, dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmiryolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.
Aktual.az-ın APA
-ya istinadən xəbərinə görə, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Şuranın təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.
 
O bildirib ki, dustaqların qatardan qaçması faktı ilə bağlı APA, AzərTAC və "Trend” informasiya agentlikləri rəsmi məlumatlara əsasən xəbərlər yayıb.
 
"Lakin digər xəbər portallarında vəziyyət fərqli idi. Kriminal hadisələr media vasitəsilə ictimaiyyətə öz təsirini göstərir. Durmadan kriminal xəbərlərin yayımlanması ilə gizli cinayətlərin sayı çoxalmağa başlayır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır. Kriminal xəbərlərdə cinayətkarlar qəhrəman kimi  təqdim olunur. Cinayətkarların romantikcəsinə təbliğ olunması nəticəsində cəmiyyətdə yeniyetmələrin hüquqi prosesə qoşulmasında əngəllər yaranır. Kriminal xəbərlərin fonunda ən qorxulusu hüquq-mühafizə orqanları əməkdaşlarının düşmən obrazının yaradılmasıdır. Eyni zamanda, informasiyalar şişirdilir, cəmiyyətdə qorxu, xof yaradılır. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırıq?!”, - deyə MŞ sədri qeyd edib.
 
Aktual.az
Xəbər 82 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR