Döyüldüyü iddia edilən icra başçısının xanım müavini işdən çıxarıldı – FOTO

Döyüldüyü iddia edilən  icra başçısının xanım müavini işdən çıxarıldı – FOTO

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.

Aktual.az Report-a istinadən xəbər verir ki, məlumatı Biləsuvar RİH təsdiqləyib.

X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.

Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılmışdı.

X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.
Xəbər 693 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR