DYP-nin yeni sözçüsü sürücülərə müraciət etdi

DYP-nin yeni sözçüsü sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayaraq bəzi tövsiyələr verib. 


Aktual.az xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni rəisi, polis mayoru Rüfət Quliyev "Report"a bildirib ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir: "Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülərin 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etmələrinin vacibliyi nəzərə alınaraq, Baş DYP İdarəsi bu səbəblərdən baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə bir daha sürücülərin diqqtinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilsin və yolboyu onun sazlığını nəzarətdə saxlanılsın. Bununla əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında müvafiq şərait yaradılıb, nəqliyyat vasitələrinin dayanması üçün xüsusi meydançalar təşkil edilib. Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır”.
 
Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR