Dövlət saytlarına giriş bərpa edilir

Dövlət saytlarına giriş bərpa edilir

Azərbaycanda bu gün səhər saatlarında fəaliyyəti müvəqqəti dayandırılan dövlət qurumlarının rəsmi veb-saytlarının işi tədricən bərpa olunmağa başlayıb.

Aktual.az "Report"a xəbər verir ki, artıq bir sıra dövlət orqanlarının veb-saytına sərbəst giriş təmin edilib.
Xatırladaq ki, bu gün ölkədə dövlət qurumlarına məxsus saytlara giriş məhdudlaşdırılmışdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, dövlət qurumlarının rəsmi saytlarına girişdə yaranan problemlər aparılan profilaktik işlərlə bağlıdır: "Adətən dövri olaraq bu cür işlər aparılır. Yaxın saatlarda onların fəaliyyətinin bərpa olunacağı gözlənilir".

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR