Dövlət qulluğuna qəbul imtahanının tarixi bəlli oldu

Dövlət qulluğuna qəbul imtahanının tarixi bəlli oldu

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahan mərhələsi noyabrda keçiriləcək.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov məlumat verib.
Onun sözlərinə görə, test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlərə sertifikatlar veriləcək: "Bu ildən Azərbaycanda dövlət qulluqçularının sertifikatlaşdırılması tətbiq ediləcək. Dövlət qulluğuna qəbul olmaq istəyənlər test imtahanları verib, müvafiq sertifikatlar alacaqlar. Bu, yenilikdir, ilk dəfə Azərbaycanda tətbiq olunacaq. Uğur qazan şəxslər həmin sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu vəzifələrinə elan edilən müsahibələrdə iştirak edə biləcəklər".
Bir çox dövlət qulluğu vəzifəsinin vakant olduğunu deyən B. Xəlilov qeyd edib ki, test imtahan mərhələsində açıq tipli testlərdən istifadə olunacaq: "Eyni zamanda, balların hesablanması qaydası dəyişib. Keçid balları vəzifədən asılı olaraq müəyyənləşdirilib".
 
Aktual.az  
Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR