Dövlət orqanları üzrə ən yüksək və ən aşağı nəticə göstərmiş xidmətlər açıqlanıb - SİYAHI

Dövlət orqanları üzrə ən yüksək və ən aşağı nəticə göstərmiş xidmətlər açıqlanıb - SİYAHI

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "ASAN xidmət indeksi üzrə qiymətləndirmənin nəticələri və tətbiq olunan yeniliklərə" həsr olunmuş təqdimat mərasimi keçirilib.

Aktua.az-ın APA-ya istinadən xəbərinə görə, dövlət agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin "ASAN xidmət indeksi"ni təşkil edən parametrlər üzrə qiymətləndirilmə yekunlaşıb. O deyib ki, 2016-2017-ci illər üzrə pilot layihə çərçivəsində Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bakının yerli icra hakimiyyəti orqanlarının 412 xidməti üzrə qiymətləndirmə aparılıb. Gələcəkdə qiymətləndirmənin bütün dövlət xidmətlərini əhatə etməsi planlaşdırılır.
Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin rəhbəri İlhamə Qədimova nəticələri açıqlayıb. O qeyd edib ki, qiymətləndirmə 3 mərhələdə, mərkəzi icra hakimiyyəti orqanları üzrə 178 xidmətin, yerli icra hakimiyyəti orqanları üzrə 234 xidmətin qiymətləndirilməsi aparılıb. Nəticələrə əsasən, mərkəzi icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş 10 xidmət aşağıdakılardır:
Vergilər Nazirliyi (VN) - Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması
VN - Elektron Vergi Hesab Fakturasının qəbulu
VN - Nazirliyə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi
VN - "Çağrı Mərkəzi” vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi”nin qəbulu
Dövlət Miqrasiya Xidməti (DMX) - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması
DMX - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması
DMX - Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
VN - Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması
Əmlak Məsələləri Dövlət Komitəsi – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması.
Ən aşağı xidmətlər isə aşağıdakı qurumlarda olub:
Daxili İşlər Nazirliyi (DİN) – xidməti və mülki silahın qeydiyyata alınması
DİN – nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi
Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq
DİN - xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi
Milli Arxiv İdarəsi - sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi və mühafizəsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – Böyük Vətən Müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, əlil olmuş şəxslərə, şəhid ailələrinə müvafiq arayışın verilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - peşə seçimi ilə bağlı onlayn testləşdirmə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - hərbi qeydiyyatda olması barədə arayışın verilməsi
Yerli icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş xidmətlər Binəqədi rayon İcra Hakimiyyətində olub.
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR