Dövlət müəssisələrindən biri bağlandı

Dövlət müəssisələrindən biri bağlandı

"Azərçörək” İstehsalat Birliyinin 29 saylı Çörəkbişirmə müəssisəsi ləğv olunduğunu elan edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Azərçörək” İstehsalat Birliyi "Azərtaxıl” dövlət şirkətinin tabeliyində fəaliyyət göstərir.
 
Aktual.az 
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR